19.11.2025-ci il tarixində saat 20:40-da "Qaz İxrac" İdarəsinə məxsus "Qaradağ-Duvannı" yüksək təzyiqli magistral qaz kəmərinin 12,0-ci km-də yaranmış qaz sızmasının ləğvi ilə bağlı, qazın nəqli kəmərin qeyd olunan hissəsindən dayandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, hal-hazırda "Səngəçal ümümi" ölçü qovşağından Qaradağ rayonunun Sangəçal qəsəbəsi, Umbakı qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivləri təbii qazla təmin olunur, lakin qeyd olunan ərazilərin qaz təchizatında gecə saatlarından etibarən məhdudiyyət yaranacaq, təmir işləri başa çatdıqdan sonra 20.11.2025-ci il tarixində günün birinci yarısında qaz təchizatının bərpası planlaşdırılır.
Milli.Az