Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını davam etdirəcək İşçi Qrup fəaliyyətə başlayıb - VİDEO

19 Noyabr 2025 17:53

Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını irəli aparmaq məqsədilə Bakıda olmaq mənim üçün böyük şərəfdir.

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

O, 8 avqustda Vaşinqtonda əldə olunan nailiyyəti qeyd etmək və onu daha da irəli aparmaq üçün bu səfərin əhəmiyyətli olduğunu vurğulayıb:

"Prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammiti barədə müzakirə etməyi səbirsizliklə gözləyirəm - ticarətdən enerji əməkdaşlığına, regional bağlantının və təhlükəsizliyin gücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların və avqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızda həm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcək çox iş var.

Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupunun fəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək və Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq.

Bu, hər iki xalqımız üçün imkanları genişləndirəcək və Prezident Trampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələlərin gerçəkləşdirilməsini təmin edəcək".

Milli.Az