"Məni öldürmək istəyirlər"

19 Noyabr 2025 17:12

Tanınmış ukraynalı jurnalist Dmitri Qordon ona qarşı sui-qəsd hazırlandığını açıqlayıb. 

Milli.az xəbər verir ki, bu barədə o, rusiyalı jurnalist Stanislav Kuçerə müsahibəsində bildirib.

O, son bir il yarımda öz evində yaşamadığını deyib.

"Çünki mənə qarşı ova başlanılıb", - Qordon qeyd edib. 

Qordonun sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Xidməti daha əvvəl ona qarşı sui-qəsd planlaşdıran bir neçə qrupu saxlayıb. O, hələ də Ukraynada dövlət mühafizəsi altında yaşadığını bildirib.

Milli.Az