Moskvanın məşhur hotelində yanğın - 400 nəfər təxliyə edildi - FOTO

19 Noyabr 2025 16:37

Moskvanın mərkəzində yerləşən "Radisson Blue Olympic" otelində yanğın baş verib. 

Milli.Az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsinə 40-a yaxın insan və 10 texnika cəlb olunub .

"Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinə Samarskaya küçəsi 1 ünvanında yanğın barədə məlumat daxil olub. Yanğınsöndürənlər gələnə qədər təxminən 400 nəfər binanı təxliyə edib", - məlumatda deyilir.

İdarədən verilən məlumata görə, yanğın inzibati binada baş verib.

Fövqəladə hallar xidməti nümayəndəsinin sözlərinə görə, tüstünün mənbəyi üçüncü mərtəbədəki ventilyasiya şaxtasında olub.

Xəsarət alanların olmadığı bildirilib.

Milli.Az