Uzun müddətli antibiotik qəbulu qan azlığına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bəzi antibiotiklər qanın yaranma prosesini zəiflədə və ya tamamilə dayandıra bilər ki, bu da ağır hallarda ölümlə nəticələnə bilər:
"Eləcə də, müəyyən dərmanlar qırmızı qan hüceyrələrini parçalayaraq anemiya yarada bilər. Bundan əlavə, mikrofloranın pozulması nəticəsində orqanizmdə bəzi vacib maddələrin sintezi zəifləyir ki, bu da dolayısı ilə qan azlığına səbəb olur".
T.Eyvazov nəzərə çatdırıb ki, məhz bu səbəbdən həkimlər antibiotik müalicəsi zamanı bu riskləri daim nəzarətdə saxlayır və lazım gəldikdə müxtəlif vasitələrlə bunu kompensasiya edirlər.
Mina Mikayılova
Milli.Az