Azərbaycanlıların ən sevimli içkisi qaynar qəbul ediləndə xərçəng yaradırmış

20 Noyabr 2025 07:08

Dünyada ən çox içilən içkilərdən biri olan çay səhv formada qəbul edildikdə bağırsaq və qaraciyər sağlamlığına ciddi zərər verə bilər.

Milli.Az xəbər verir ki, Harvard təhsilli qastroenteroloq Dr Saurabh Sethi milyonlarla insanın hər gün etdiyi çay içmə səhvləri barədə xəbərdarlıq edərək, bu vərdişlərin düşündüyümüzdən daha təhlükəli olduğunu bildirib.

Aq qarnına çay mədəni zəiflədir

Boş mədəyə çay içmək qıcıqlanma yaradır. Çayın tərkibindəki kafein və tanenlər mədə yanması, ürəkbulanma və reflüks kimi problemlərə yol aça bilər. Çayın sidikqovucu təsiri dehidrasiya riskini artırır. Anemiyası olan şəxslərdə isə çay dəmirin mənimsənilməsini azaldır.

Şirin çaylar qaraciyəri yükləyir

Həkim buzlu çay və şirinləşdirilmiş çayların təhlükəsinə də diqqət çəkib. Bu içkilərin bir porsiyasında 30 40 qramadək şəkər ola bilər. Belə içkilərin çox istifadəsi şəkərli diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyi riskini artırır.

Detoks və arıqlama çayları ciddi təhlükə yaradır

Son illər dəbdə olan detoks və arıqlama çayları barədə sərt xəbərdarlıq edən Dr Sethi bildirib ki, bu məhsulların əksəriyyəti təsirini "yağ yandırmaqdan" deyil, bağırsaq işlədici maddələrdən alır. Bu tip çaylar bədəndə elektrolit pozuntusu, bağırsaq zədəsi və həddindən artıq maye itkisi kimi ciddi fəsadlara səbəb ola bilər.

Yaşıl çay ekstraktı həddən artıq qəbul ediləndə zərərlidir

Yaşıl çay sağlam seçim sayılsa da, yaşıl çay kapsullarının çox qəbulu qaraciyər üçün təhlükə yarada bilər. Həkimin sözlərinə görə, bu əlavələr nadir hallarda da olsa qaraciyər toksikliyinə səbəb ola bilər.

Çox isti çay xərçəng riskini artırır

Dr Sethi çayın 65 dərəcədən isti içilməsinin qəti yolverilməz olduğunu vurğulayıb. Aparılan araşdırmalara görə, yüksək temperaturda içilən çay qida borusu xərçəngi riskini artırır.

Çayda kafein miqdarı qəhvədən az olsa da, gecə içilən qara və ya yaşıl çay yuxu rejimini pozur. Yuxu pozuntusu isə qaranlıqda gedən orqanların özünübərpa prosesinə mane olaraq qaraciyər və bağırsaq sağlamlığına mənfi təsir edir.

İsmayıl
Milli.Az