Daha bir serial "tutmadı" - 5 seriya ilə yekunlaşdırdılar

19 Noyabr 2025 15:00

Show TV-nin böyük ümidlərlə yayımladığı "Bereketli Topraklar" serialı üç bölüm yayımlandıqdan sonra gözlənilən reytinqi əldə edə bilməyib.

Milli.Az xəbər verir ki, baş rollarda Engin Akyürek və Gülsim Alinin çıxış etdiyi layihə üçün idarəçi və ssenarist heyətində edilən dəyişikliklər də nəticəni yaxşılaşdıra bilməyib.

Serialın reytinq nəticələrinin aşağı olması səbəbilə kanal və istehsal şirkəti layihənin daha çox zərər görməməsi üçün 5-ci bölümdə ekranlarla vidalaşmasına qərar verib.

İsmayıl
Milli.Az