Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilmişdir.
Milli.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı:
"2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artmışdır".
Milli.Az