Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
Milli.Az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna liderini qəbul edəcək.
Görüş zamanı İstanbulda sülhlə bağlı keçirilən danışıqların bərpa edilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir. Zelenski Türkiyə səfəri ilə sülh səylərini yenidən aktivləşdirməyi hədəfləyir. Ukrayna prezidenti Ankaradakı görüşlərdən əvvəl verdiyi açıqlamada, Türkiyə səfərinin gündəmində Rusiya ilə danışıqların bərpası üçün hazırladıqları təkliflərin olduğunu bildirib. O, bu təklifləri Ankarada Ərdoğana təqdim edəcək.
Fidan
Milli.Az