"Real Madrid"in ulduz hücumçusu Vinisius Juniorun İngiltərə Premyer Liqasına transfer olunacağı ilə bağlı şayiələr yayılıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, braziliyalı qanad oyunçusunun xüsusilə "Liverpul"a keçmə ehtimalı gündəmdədir.
Hələ klubla yeni müqavilə imzalamayan Vinisiusun "Liverpul" təklifinə müsbət baxdığı bildirilib.
Məlumata görə, "Real Madrid" futbolçunun transferi üçün təxminən 150 milyon avro tələb edir.
İngiltərə klubu isə hazırda 100 milyon avro təklif etməyə hazırdır, bu da razılaşmanın çətin olacağını göstərir.
Hüseyn
Milli.Az