"2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67%-ə yüksəlməsi, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir".
Milli.Az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov deyib.
Onun sözlərinə görə, Ani Ödənişlər Sistemi üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir.
"Qeyd etmək istərdim ki, hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, biz son aylarda diqqəti yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin AZQR vasitəsilə genişlənməsinə yönəltmişik. Əlavə olaraq, biz HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Sektorla birgə atılan addımlar nəticəsində həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artıb".
Bildirib ki, son 6 ayda sektorun birgə fəaliyyəti nəticəsində AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1.8 milyona çatmışdır, AZQR kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70%-ı C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata çatıb.
V.Xəlilov nəzərə çatdırıb ki, 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemioperatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cariilin ilk 10 ayı üzrə 53.1 milyard manat təşkil etmişdir:
"Təkcə cari ildə 5 yeni lisenziya verilmişdir ki, bu da bazarda rəqabətinvə innovasiyaların artdığını göstərir".
Mina Mikayılova
Milli.Az