"Yuventus" cari maliyyə vəziyyətinə görə Türkiyə millisinin futbolçusu Kenan Yıldızın tələb etdiyi maaşı qarşılayabilmir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı aparılan danışıqlar çıxılmaz vəziyyətə düşüb.
Klubun büdcə məhdudiyyətləri səbəbindən istənilən şərtləri təqdim edə bilmədiyi bildirilir.
Məlumatlara əsasən, İngiltərə Premyer Liqasından bir klub yaranmış situasiyadan istifadə edərək qış transfer pəncərəsində gənc hücumçunu transfer etməyə hazırlaşır.
"Yuventus"un oyunçunu saxlaya bilməyəcəyi təqdirdə Kenanın Premyer Liqaya keçidi real görünür.
Hüseyn
Milli.Az