“Qalatasaray” 80 milyonluq hücumçu gətirir - "Real"dan

19 Noyabr 2025 10:05

Türkiyənin "Qalatasaray" klubu "Real Madrid"in hücumçusu Rodriqo Qoesi heyətinə qatmaq niyyətindədir. Lakin İstanbul təmsilçisi transferin baş tutması üçün Madrid klubunun 24 yaşlı futbolçunun maaşının ən azı yarısını bir neçə ay ərzində ödəməyə razılıq verməsini gözləyir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı cinah oyunçusunun daha çox oyun təcrübəsi qazanması üçün onu Çempionlar Liqasında çıxış edən komandaya icarəyə vermək "Real Madrid"in gündəmindədir.

Rodriqo cari mövsümdə Madrid klubunun heyətində 13 matçda forma geyinib və 2 qol ötürməsi ilə yadda qalıb. Gənc hücumçunun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin yayına qədər davam edir. "Transfermarkt"ın qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Hüseyn
Milli.Az