Müğənni Tacir Şahmalıoğlu ailəsində xoş günlər yaşanır.
Milli.Az-ın məlumatına görə, sənətçi oğlu Şahmalının ad gününü qeyd etməklə yanaşı, onun toy məclisinə də hazırlıqların başladığını bildirib.
Aparıcı Zaur Nəbioğlu "Rəngarəng" verilişində Tacirin övladının yaxın günlərdə ailə quracağını açıqlayıb. Məlum olub ki, Şahmalının nişan mərasimi noyabrın 25-də keçiriləcək.
Qeyd edək ki, Tacir Şahmalıoğlu üç övlad atasıdır.
HÜSEYN
Milli.Az