Gələn həftə bürclərin enerjisində ciddi canlanma müşahidə olunacaq. Ulduzlar müxtəlif bürclər üçün fərqli istiqamətlərdə şans vəd edir.
Milli.Az xəbər verir ki, astroloqların proqnozuna əsasən, hər bürcün ən uğurlu günü belədir:
Qoç - Çərşənbə axşamı. Karyera ilə bağlı yaxşı xəbər və yeni başlanğıc üçün münasib vaxtdır.
Buğa - Cümə. Maliyyə məsələlərində irəliləyiş və gözlənilməz fürsət yarana bilər.
Əkizlər - Çərşənbə. Danışıqlar, görüşlər və kommunikasiya uğurlu olacaq.
Xərçəng - Bazar ertəsi. Ailə və şəxsi həyatla bağlı müsbət dönüşlər gözlənilir.
Şir - Cümə axşamı. İş həyatında diqqət çəkəcəyiniz və dəstəklənəcəyiniz gündür.
Qız - Şənbə. Uğurlu səfər, alış-veriş və şəxsi planların reallaşması mümkündür.
Tərəzi - Çərşənbə axşamı. Qərar vermək, yeni layihəyə başlamaq üçün əlverişli gündür.
Əqrəb - Bazar günü. Emosional rahatlıq və gözlənilməz xoş xəbər ilə yadda qalacaq.
Oxatan - Cümə. Uğurlu əməkdaşlıqlar və yeni tanışlıqlar şans gətirə bilər.
Oğlaq - Çərşənbə. İşdə yüksəliş, rəhbərlikdən dəstək almaq ehtimalı yüksəkdir.
Dolça - Bazar ertəsi. Yaradıcılıq, innovativ ideyalar və şəxsi inkişaf üçün ideal.
Balıq - Cümə axşamı. Duyğusal balans və sevgi münasibətlərində gözəl anlar yaşanacaq.
Mütəxəssislər hər bürcü öz planlarını həmin günlərə uyğunlaşdırmağa çağırır. Ulduzlar ən çox dəstəyi məhz bu tarixlərdə göstərəcək.
Musa
Milli.Az