Xatirə İslamdan ittihamlara cavab - “Mən o adam deyiləm”

18 Noyabr 2025 22:09

"Musiqiyə, səsə, sənətə dəyər verən Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söhbət sənətdən, səsdən gedəndə hər zaman xalq mənim arxamda dayanıb və buna görə də son nəfəsimə qədər onlara minnətdaram".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi onu yalan danışmaqda ittiham edən jurnalist, hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Afət Telmanqızına bu sözlərlə cavab verib:

"Mən 19 yaşımdan 35 yaşıma qədər dövlətin bütün xarici və daxili tədbirlərinə təmənnasız ürəyimi qoymuşam. Bundan sonrada lazım olsa,  millətimə, dövlətimə canımı da verərəm. Mənim cənab Prezidentin qələbəsinə həsr etdiyim "Xankəndi" əsəri ölkədə bu qədər sevilidiyi halda niyə Qarabağda keçirilən mühüm tədbirlərdə, dövlət başçılarının olduğu konsertlərə dəvət almamışam? Həmin tədbirlərə başqalarını, məni isə özünüz üçün keçirdiyiniz bayram tədbirinə çağırmağı düşünürsüzsə, o adam deyiləm. Mən sənətimə, səsimə dəyər görsəydim, nəinki 31 Dekabr günü, hətta ilin 365 günü yanınızda olardım.

Qaldı ki, Mədəniyyət Nazirliyinə, mənim Mənzər xanımla heç bir şəxsi problemim olmasa da, indi dəvət olunduğum bir iki dövlət tədbirində yeni nazirimiz təyinat aldıqdan sonra dəvət almışam. Yeni nazirimizin ayağı yüngül oldu. 15 il fasilədən sonra nəhayət məni yenidən dəvət etməyə başladılar. Allah axırını xeyir eləsin".

Milli.Az