Canını qurtarmaq istədi, digər avtomobilin altında qalıb öldü - FOTO

18 Noyabr 2025 20:46

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elnur Mehdi oğlu Abbasov sürdüyü motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra VAZ-2107 markalı minik avtomobilinə çırpılıb.

Nəticədə, E.Abbasov özünü xilas etmək məqsədilə minik vasitəsindən tullanıb. Bu zaman H.Osmanovun idarə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az