"Azparking"in proqramında problem yaranıb.
Milli.Az xəbər verir ki, yeraltı dayanacaqlarda onlayn ödəniş etmək mümükün deyil.
Proqramın içərisindəki skan funksiyası işləmədiyinə görə vətəndaşlar onlayn ödəniş edə bilmirlər. Sürücülər məcbur şəkildə Azparking ödəniş aparatlarından ödəniş etməli olurlar.
Texniki problem Qış Parkındakı yeraltı dayanacaqda və digər yeraltı dayanacaqlarda müşahidə olunur.
Lalə Qüdrətova
Milli.Az