Nigeriya yığması Konqo Demokratik Respublikasına penaltilər seriyasında 4:3 hesabı ilə uduzaraq DÇ-2026-ya vəsiqə qazana bilməyib. Məğlubiyyətdən sonra komandada gərginlik yaşanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, oyunun bitməsindən dərhal sonra Nigeriya millisinin baş məşqçisi Erik Şell rəqib komandanın texniki heyətinə doğru hücum etməyə cəhd edib.
E.Şell açıqlamasında bildirib ki, penaltilər seriyası zamanı Konqo DR-in məşqçilər heyəti qeyri-adi hərəkətlər edib:
"Onlar caduya bənzər ayinlər icra edirdilər, öz gözlərimlə gördüm" - deyə baş məşqçi iddia edib.
Qeyd edək ki, Nigeriya üzərində qələbə qazanan Konqo Demokratik Respublikası yığması dünya çempionatına vəsiqə qazanmaq üçün qitələrarası pley-offda mübarizəsini davam etdirəcək.
Hüseyn
Milli.Az