"Bitcoin"in qiyməti son yeddi ayda ilk dəfə 90 min dollardan aşağı düşüb.
Milli.Az xəbər verir ki, "bitcoin"in dəyəri oktyabrın əvvəlində qeydə alınmış 126 min dollardan yuxarı tarixi rekorddan bəri davamlı geriləyir.
Kriptovalyuta bu həddən son dəfə aşağı düşdükdən sonra aprel ayında 74 400 dollara qədər geriləmişdi.
Həmin dövrdə ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı açıqlamaları qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaratmışdı və "bitcoin" də bu qeyri-müəyyənlikdən mənfi təsirlənmişdi.
Milli.Az