Dayanacağa gedirdi, maşın vurub öldürdü

18 Noyabr 2025 09:29

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, 2005-ci təvəllüdlü İlkin Paşayev "Vaz 21074" markalı avtomobillə Saray-Novxanı yolu ilə avtobus dayanacağına doğru hərəkət edən 1967-ci il il təvəllüdlü piyada Nərminə Hüseyn qızı Tanarverdiyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Milli.Az