İki Afrika nəhəngi DÇ-2026-ya qatıla bilmədi

18 Noyabr 2025 09:10

Kamerun və Nigeriya milliləri 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatına vəsiqə qazana bilməyiblər.

Milli.Az xəbər verir ki, seçmə mərhələdə qruplarını ikinci pillədə tamamlayan hər iki yığma pley-off mərhələsində şansını sınamalı olub.

Pley-off oyunlarında isə Konqo Demokratik Respublikasının milli komandası əvvəlcə yarımfinalda Kamerunu 1:0 hesabı ilə mübarizədən kənarlaşdırıb. Ardınca final matçında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Konqo DR növbəti mərhələyə yüksəlib.

Beləliklə, Konqo Demokratik Respublikasının yığması dünya çempionatına qatılmaq üçün qitələrarası pley-offda mübarizə aparacaq.

Hüseyn
Milli.Az