Bu üsulla ömrümüz 150 il olacaq - yeni preparat

22 Noyabr 2025 02:02

Çinin "Lonvi Biosciences" laboratoriyasının alimləri insan ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək yeni preparat hazırladıqlarını bildiriblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yeni dərman üzüm çəyirdəyi ekstraktında olan xüsusi bir birləşməyə əsaslanır. Preparatın məqsədi orqanizmdə "zombi hüceyrələr" kimi tanınan - bölünməsini dayandırmış, lakin toxumalarda iltihab və yaşlanma prosesini sürətləndirən hüceyrələri məhv etməkdir.

Şirkət nümayəndələri iddia ediblər ki, preparatın tətbiqi yaşlanma prosesini ləngidə və insan ömrünü xeyli uzada bilər:

"150 ilədək yaşamaq tamamilə realdır. Bir neçə ildən sonra bu, reallığa çevriləcək", - deyə şirkət bildirib.

Mütəxəssislər hazırkı mərhələdə dərman üzərində klinik və laborator araşdırmaların davam etdiyini, ilkin nəticələrin isə ümidverici olduğunu vurğulayıblar. 

Musa
Milli.Az