Gürcüstan ABŞ ilə münasibətlərdə strateji dözüm rejimindədir.
Milli.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində deyib.
O, bildirib ki, Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpa etmək istədiyini dəfələrlə bəyan edib.
"Gürcüstan hökuməti bununla bağlı istənilən məsələni müzakirə etməyə hazırdır. Biz hələlik passivlik görürük. Əgər Gürcüstana münasibətdə qeyri-formal hökumət üstünlük əldə etməyə davam etsə, ola bilsin ki, heç nə dəyişməyəcək. Yeni administrasiya bu qarşıdurmada qalib gəlsə, yeni nəsə baş verə bilər. Biz səbirlə gözləyirik və ümid edirik ki, yekun nəticədə Amerika xalqının subyektiv maraqları qeyri-formal hökumət üzərində üstünlüyə nail olacaq", - Kobaxidze əlavə edib.
Qeyd edək ki, ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq 2009-cu ildə qurulub. Vaşinqton Tbilisi ilə strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Bu qərar Gürcüstan hökumətinin Avropa İttifaqına üzlvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə 28 noyabr 2024-cü tarixli bəyanatından sonra qəbul olunub. (APA)
Milli.Az