Yaponiyada əsrlərdir davam edən maraqlı bir ənənəyə görə yatmazdan əvvəl yatağın baş hissəsinə mandarin qoymaq bolluq və bərəkəti cəlb edən bir adət hesab edilir. Son günlərdə sosial şəbəkələrdə yenidən populyarlaşan bu vərdiş bütün dünyada maraq doğurub.
Milli.Az xəbər verir ki, yapon mədəniyyətində iqtisadi şansı artırdığı düşünülən bir çox inanclar var. Onlardan biri də yastıq yanına mandarin qoymaqdır. İnanclara görə mandarin günəşi, istiliyi və bolluğu simvolizə etdiyi üçün yatarkən insana müsbət enerji və bərəkət gətirir.
Bu ənənə xüsusilə yeni ilin başlanğıcı kimi yenilənmə dövrlərində daha çox tətbiq olunur. Yaponların bir hissəsi bu ritualın həm ruhən rahatladığını, həm də pozitiv enerjini cəlb etdiyini düşünür.
Yaponiyada mandarin istilik, həyat və yeni başlanğıcların simvolu sayılır. Bu səbəbdən evdə görünən bir yerə qoyulduqda müsbət enerji gətirdiyinə inanılır.
Əfsanələrə görə mandarinin parlaq narıncı rəngi "qızıl" ilə əlaqələndirilir. Buna görə də yataq otağında mandarin qoymaq maddi bərəkəti artıran işarə kimi qəbul edilir.
Mütəxəssislər bu ritualın psixoloji yönünə də diqqət çəkir. Mandarinin xoş ətri və parlaq görünüşü insanı sakitləşdirir, daha rahat və pozitiv bir yuxu təcrübəsi yaradır.
Lalə Qüdrətova
Milli.Az