Faciəvi şəkildə ölən Familin FOTOsu

17 Noyabr 2025 21:34

Noyabrın 9-da Şəkidə qəzaya düşən sürücü xəstəxanada ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İnçə kəndi ərazisində baş verib.

"Mercedes" markalı avtomobillə toqquşan "Chevrolet" markalı avtomobilin sürücüsü, 35 yaşlı Famil Şəmiyev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə zamanı bir neçə nəfər də xəsarət almışdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az