Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən faciə ilə bağlı açıqlama verib. O bildirib ki, Gürcüstan və Azərbaycan hadisənin ilk anından etibarən bütün imkanlarını səfərbər edib və yardım göstərib.
Trend xəbər verir ki, prezidentin sözlərinə görə, nazirlərin, millət vəkillərinin, hərbi və mülki rəhbərliyin, eləcə də vətəndaşların iştirakı ilə şəhidlərə son vida mərasimi keçirilib. Ərdoğan yenidən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini bildirib. Xorvatiyadan qayıdıdarkən qəzaya uğrayan yanğınsöndürən təyyarədə şəhid olan pilot üçün də başsağlığı verib.
Ərdoğan qeyd edib: "Min ildir olduğu kimi bu gün də həm ölkəmizin daxilində, həm də xaricində xalqımızın təhlükəsizliyi və dövlətimizin bütövlüyü naminə canı bahasına xidmət edən saysız-hesabsız vətən övladımız var. Allah onların hamısını qorusun. Qara qutunun təhlili nəticəsində bu ağrılı hadisənin niyə baş verdiyini daha aydın görəcəyik. Bu məlumatları, əlbəttə, şəhid ailələri başda olmaqla, hamı ilə şəffaf şəkildə paylaşacağıq. Kədərimizi bölüşən bütün dost və qardaş ölkələrə təşəkkür edirəm."
Lalə Qüdrətova
Milli.Az