Nazir və nümayəndə heyətini daşıyan təyyarə alışdı - FOTO

17 Noyabr 2025 20:08

Konqo Demokratik Respublikasında baş verən mədən faciəsini araşdırmaq üçün bölgəyə gedən nazir və nümayəndə heyətini daşıyan təyyarə eniş zamanı uçuş zolağından çıxaraq yanıb. Hadisə zamanı nazir və müşayiət edən şəxslər təhlükəsiz şəkildə təxliyə edilib. Qəza nəticəsində ölən və ya yaralanan olmayıb.

Milli.Az xəbər verir ki, Kalando bölgəsində yerləşən mis mədənində dünən çökmə baş verib. Daxili İşlər naziri açıqlamasında, hadisədə 32 nəfərin həyatını itirdiyini, hələ də torpaq altında daha çox insanın qala biləcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Mədən faciəsindən sonra hadisə yerinə araşdırma aparmaq üçün gedən Mədən Nazirinin təyyarəsi də ciddi təhlükə ilə üzləşib. Təyyarə bölgəsindəki Hava Limanına eniş edərkən zolaqdan çıxıb və yanğın başlayıb.

Rəsmi açıqlamalara görə, qəzada ölən və ya yaralanan yoxdur.

Lalə Qüdrətova
Milli.Az