Karapetyanın həbs müddəti uzadıldı

17 Noyabr 2025 19:57

Ermənistan Antikorrupsiya Məhkəməsi bu gün keçirilən iclasda erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın həbsinin daha 2 ay müddətinə uzadılması barədə qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, iş adamının barəsində istintaq çərçivəsində seçilmiş qətimkan tədbirinin uzadılması mütəmadi olaraq müzakirə olunur.

Xatırladaq ki, iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında "siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik" deməsi ilə əsaslandırılıb.

Qeyd edək ki, S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan "Tashir" qrupun qurucusudur.

Milli.Az