14 yaşlı oğlan dəm qazından boğularaq öldü

17 Noyabr 2025 18:53

Şamaxıda 14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, rayonun Qızmeydan kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az