Kəklikotu həm təbii müalicə vasitəsi, həm də ədviyyat kimi geniş istifadə edilən bitkilərdən biridir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu bitki tərkibindəki güclü antiseptik və iltihabəleyhinə maddələr səbəbindən sağlamlıq üçün son dərəcə faydalıdır.
Məlumata görə:
Tənəffüs yolları üçün faydalıdır
Kəklikotu çayı öskürək, bronxit və soyuqdəymə zamanı nəfəs yollarını açır, bəlğəmin qısa müddətdə çıxmasına kömək edir.
İmmun sistemini gücləndirir
Bitkinin antioksidant tərkibi orqanizmi virus və bakteriyalara qarşı daha dayanıqlı edir.
Həzm sistemini tənzimləyir
Kəklikotu mədədə qaz yığılmasını azaldır, həzmi yaxşılaşdırır və bağırsaq spazmlarını aradan qaldırır.
Mikroblara qarşı təsirlidir
Elmi araşdırmalara görə, kəklikotunun yağında olan timol maddəsi güclü antibakterial xüsusiyyətə malikdir.
Stressi azaldır
Aromaterapiyada istifadə edilən kəklikotu yağı sinir sistemini sakitləşdirir, yuxu keyfiyyətini artırır.
Fitoterapevtlərin bildirdiyinə görə, kəklikotunun çay, dəmləmə və yağ formasında istifadəsi daha effektlidir. Lakin hamilə qadınlar və yüksək təzyiqdən əziyyət çəkənlərin bu bitkidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Qeyd edək ki, kəklikotu həm qida rasionunda, həm də tibbi məqsədlərlə ən çox seçilən təbii bitkilərdən biri olaraq qalır.
Hüseyn
Milli.Az