Azərbaycanlı müğənninin bu mahnısı 500 min dollar gəlir gətirib

17 Noyabr 2025 19:05

Müğənni Aysel Əlizadə açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, ifasında sevilən "Yandırdın qəlbimi" adlı mahnıdan danışıb.

Sənətçi mahnısından külli miqdarda pul qazanmalı olduğu halda, qazancının bəhrəsini görməyib:

"Şirkət 8 il içində yarım milyon dollar qazandı, mən isə heç nə əldə etmədim. 7 il əvvəl YouTube-da yayımladığı mahnının izlənmə sayı 45 milyon oldu. Kanalım bağlanmasaydı, izlənmələrin 140 milyonu keçəcəkdi. Нanlış addımlarından biri müqavilə bağladıq. Müqavilədə yazılmışdı ki, mahnını şirkətə bağışlayıram, amma buna diqqət etmədim. Türk dilini yaxşı bilmədiyim üçün imza atdım. Bundan sonra problemlər başladı. Şirkət mahnıdan böyük gəlir əldə edib. İlk dəfə mənim mahnımla işə başladılar, amma mən heç nə qazanmadım. Hətta bu vəziyyəti yaradan şəxs əməliyyat olunacağını deyərək halallıq istədi. Dedim ki, kanalımda videonu bərpa et, halallıq verirəm. Videonu bərpa etdilər, amma əməliyyatdan sonra kanalımı yenidən bağlatdılar. Mahnımdan həmin şirkət 8 il ərzində yarım milyon dollardan çox qazanc əldə edib".

Sənətçinin sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az