Aparılan tədqiqatlar yuyulmamış yastıq üzlüklərinin cəmi 7 gün ərzində milyonlarla bakteriya koloniyası yığdığını ortaya çıxarıb.
Milli.Az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, yastıq üzlüklərindəki mikroorqanizmlərin sayı bəzən unitaz səthindən də çox olur.
Pambıq və ipək materiallar dəridən tökülən ölü hüceyrələr, tər, tüpürcək və kosmetika qalıqları səbəbindən bakteriya və kif sporlarının çoxalması üçün ideal şərait yaradır. Analizlərdə dəri infeksiyaları və sızanaqlara səbəb ola bilən Staphylococcus aureus, göz infeksiyalarına yol açan bacilluslar və digər zərərli mikroorqanizmlər aşkarlanıb.
Dermatoloqlar nəticələrə əsasən yastıq üzlüklərinin ayda bir dəfə deyil, həftədə ən azı iki dəfə dəyişdirilməsini tövsiyə edirlər.
Milli.Az