Amerikalı aktyor Tom Kruz "Oscar" mükafatını qazanıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı aktyora mükafatı rejissor Alejandro İnyarritu təqdim edib.
Kruz əvvəllər dörd dəfə "Oskar"a namizəd olub. 40 ildən artıq karyerası ərzində Tom Kruz çoxsaylı filmlərdə çəkilib. Onun karyerasında mühüm mərhələ 1983-cü ildə yayımlanan "Risky Business" filmindəki rolu olub.
Aktyorun bir neçə filmi ona "Oscar" nominasiyaları və "Qızıl Qlobus" mükafatları qazandırıb.
Milli.Az