Qaxın Qorağan kəndində baş vermiş insident zamanı ər arvadını döyüb.
Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə Rahil (adlar şərtidir) və onun həyat yoldaşı Pəricahan arasında yaşanıb.
Məlumata görə Rahil sevgilisi Turanə ilə yemək yeyərkən arvadı Pəricahan evə gələrək Turanəyə fiziki təsir göstərib. Daha sonra Rahil araya girərək Pəricahanın boğazından tutub və başını divara vurub. Bunun ardınca Pəricahan həyətə çıxaraq Turanəyə aid maşının qabaq və arxa şüşələrini sındırıb.
Hazırda tərəflər barışıb və inzibati işin dayandırılmasını istəyiblər. Qax Rayon Məhkəməsi də inzibati xəta törətmiş şəxsin zərərçəkənlə razılaşması səbəbindən işin icraatına xitam verib.
Milli.Az