"Oğlumun İspaniyada 300 minlik evi VAR"

17 Noyabr 2025 16:48

Müğənni Elit Star Cəmilənin açıqlaması marağa səbəb olub.

Milli.Az xəbər verir ki, ifaçı İspaniyada oğlunun evi olduğunu etiraf edib.

Sənətçi Bakıdakı evlərin qiyməti ilə həmin ölkədəki evləri müqayisə edib:

"İsapniyada evimiz var. Oğlum orada yaşayır. Şəxsi evidir. 5 ildir ailəsi ilə İspaniyada qalır. 

Belə anası olanın oğlunun evi olmasın? Əslində deyim ki, orada evlər Bakıdan çox ucuzdur. Bizdə qiymətlər 300 mindən başlayır. Orada 100-150 min avroya normal ev almaq olur.  Oğlum evi 150 min avroya alıb, təmirlə birgə 350-380 min manata başa gəlib".

Musa
Milli.Az