28 yaşlı çempion infarktdan öldü

17 Noyabr 2025 14:53

Tokio Paralimpiya Oyunlarının qalibi, avstraliyalı velosipedçi Peyc Qreko 28 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Velosiped Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı infarkt səbəbindən evində vəfat edib:

"Beynəlxalq arenada onun nailiyyətləri müstəsna idi, lakin məhz onun xeyirxahlığı və nailiyyətləri ilə ətrafındakıları da ruhlandırması bizimlə əbədi qalacaq. Onun təsiri, şübhəsiz ki, bir çoxlarında silinməz iz buraxacaq".

Qeyd edək ki, Peyc Qreko 2021-ci il Tokio Paralimpiadasında 3 000 metrlik təqib yarışının qalibi olub və dünya rekordunu yeniləyib. Avstraliyalı idmançı həmin turnirdə daha iki bürünc medal qazanıb.

Qreko, həmçinin velotrekdə üçqat dünya çempionu və 2019-cu il şose velosipedi dünya çempionatının qalibi olub.

Milli.Az