Bakıda qeydə alınan klassik avtomobil görüntüsü sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, paylaşılan kadrlarda şəhərin "Port Baku" adlanan ərazisində "Ford Galaxie 1963" markalı retro avtomobilin göründüyü əks olunub.
Kadrlar qısa müddətdə geniş yayılaraq müzakirələrə səbəb olub. Məlumata görə, nadir sayılan bu modellərdən olan maçşının elanlardakı qiyməti yarım milyon manatdan çoxdur. Bu səbəbdən görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini xüsusi olaraq cəlb edib.
Kolleksiyaçıların maraq göstərdiyi "Ford Galaxie 1963" hazırda maraq yaradan retro avtomobillərdən biri hesab olunur.
Hüseyn
Milli.Az