Bacıları 100 milyonluq villasını, 200 milyonluq sərvətini BÖLƏ BİLMİR

17 Noyabr 2025 14:33

Xəstəxanada həyat uğrunda mübarizə aparan Fatih Ürek haqqında yayılan "miras davası" iddiası gündəm yaradıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, tanınmış sənətçi Fatih Ürek ağır vəziyyətdə reanimasiya şöbəsində müalicə olunduğu günlərdə xəstəxana dəhlizindən yayılan bir iddia magazin gündəmini qarışdırıb. Müge Dağıstanlı Erdoğanın məlumatına görə, hələ də uyandırılmayan sənətçinin ailəsi və yaxınları yaxşı xəbər gözlədiyi bir vaxtda "ailə içi miras mübahisəsi" ortaya çıxdığı iddia olunub. Məsələyə Ürek-in meneceri Mert Siliv aydınlıq gətirib.

Xatırladaq ki, 15 oktyabr səhəri evində qəfil ürək tutması keçirən Fatih Ürek təcili olaraq xəstəxanaya çatdırılmışdı. Sənətçi 20 dəqiqəlik ürək masajı ilə yenidən həyata qaytarılmışdı. Həkimlər onun ürəyinin bir müddət dayanmasının beyin və orqanlara zərər verib-vermədiyini müəyyənləşdirmək üçün müğənnini süni yuxu vəziyyətində saxladıqlarını bildirmişdilər. Başlanğıcda "kritik 72 saat" vurğulansa da, vəziyyət stabil olduğundan reanimasiya müddəti uzadılıb.

Fatih Ürek 25 gündür süni yuxuda saxlanılır və bir çox məşhur simalar onu xəstəxanada ziyarət edir. Məhz bu ziyarətlərdən biri zamanı ailə üzvləri arasında yaşandığı iddia olunan narazılıq gündəmə gəlib.

İddialara görə, müğənninin 17 il küs qaldığı, 2022-ci ildə barışdığı bacısı Selvi Ürek ilə Almaniyada yaşayan digər bacısı Nurgül Ürek arasında miras mövzusunda gərginlik yaşanıb. Hətta bir neçə məşhurun da bu mübahisənin şahidi olduğu deyilir.

Menecer Mert Siliv məsələ ilə bağlı açıqlama verib:

"Fatih'in Almaniyada yaşayan və çox sevdiyi bacısı Nurgül xəbəri alan kimi Türkiyəyə gəldi. Xəstəxanada Selvi ilə qarşılaşanda ona 'Sən niyə buradasan? Zamanında onu çox üzmüsən' dedi. Bəli, aralarında mübahisə oldu, biz dərhal müdaxilə etdik. Sonra barışdılar, hazırda araları yaxşıdır. Mirasla bağlı yayılan iddiaları isə mən də eşitmişəm, lakin doğru deyil".

Ailə üzvlərinin həmin gərginliyi arxada qoyduğu, Ürek üçün gözləməyə davam etdikləri bildirilir.

Qeyd edək ki, müğənninin mal varlığının 300 milyon TL olduğu bildirilir. 

Hüseyn
Milli.Az