Valideynlərə uşaqlar üçün su qabı alarkən xüsusilə materialın təhlükəsizliyinə diqqət etmək tövsiyə olunur.
Milli.Az xəbər verir ki, keyfiyyətli və sağlamlıq üçün zərərsiz su qablarının üzərində 304 və ya 316 markalı paslanmaz polad göstəricisi olmalıdır.
Məlumatda bildirilir ki, 304 paslanmaz polad qida sənayesində geniş istifadə edilir və gündəlik istifadəyə tam uyğundur. Material paslanmağa davamlıdır və içməli suya zərərli maddələr buraxmır.
Daha yüksək keyfiyyətli hesab edilən 316 paslanmaz polad isə duzlu və turşulu mühitlərə qarşı daha dayanıqlıdır. Bu növ polad tibbi avadanlıqlarda da istifadə olunduğu üçün təhlükəsizlik baxımından bir qədər üstün sayılır.
Su qabının üzərində bu göstəricilərdən heç biri qeyd edilməyibsə, materialın keyfiyyətinə zəmanət yoxdur. Belə qablar zamanla paslana və içməli suyun tərkibinə zərərli maddələr ötürə bilər.
Valideynlərə uşaqları üçün su qabı seçərkən məhsulun üzərindəki material işarələrinə xüsusi diqqət yetirmələri tövsiyə edilir.
İsmayıl
Milli.Az