ABŞ dövlət katibinin müavini Alison Huker Ermənistana səfər edib.
Milli.Az xəbər verir ki, diplomat ölkənin ali rəhbərliyi ilə Sünik vasitəsilə "Tramp marşrutu"nun həyata keçirilməsini, İrəvanla Vaşinqton arasında əldə olunan razılaşmaları, o cümlədən bu ilin əvvəlində imzalanmış strateji tərəfdaşlıq sənədini, eləcə də Ermənistan-Türkiyə prosesini müzakirə etmək niyyətindədir.
Huker Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanla görüşəcək.
Fidan
Milli.Az