DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Norveç milli komandası sensasiyalı nəticəyə imza atıb.
Milli.Az-ın məlumatına görə, komanda səfərdə İtaliya yığmasını 4:1 hesabı ilə məğlub edərək mundiala vəsiqəni rəsmiləşdirib.
Qarşılaşma Milanda keçirilib. Norveçin qollarını 63-cü dəqiqədə Antonio Nussa, 78 və 80-ci dəqiqələrdə Erlinq Haaland, eləcə də 90+3-də Yorgen Larsen vurublar. İtaliyanın yeganə qolunu isə 11-ci dəqiqədə Françesko Esposito qeyd etdirib.
Bu qələbə ilə norveçlilər səkkiz oyundan sonra topladıqları 24 xalla I qrupun liderliyini qoruyublar. 18 xalı olan İtaliya isə ikinci sırada yer alır.
Nəticədə Norveç 1998-ci ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmağı bacarıb.
Tural
Milli.Az