Ən çox qazanan modaçı kimdir?

1 Avqust 2012 14:10
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, tanınmış modelyer, "Ralph Lauren" və "Polo" brendlərinin sahibi, 72 yaşlı Ralf Loren 36 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.

Reytinqin lideri "JCPenney" brendinin icraçı direktoru Ron Consondur: onun illik gəliri 53 milyon dollar olub.

2-ci pillədə "Abercrombie & Fitch" brendinin rəhbəri Maykl Ceffris var. Onun illik gəliri 48 milyon dollardır.

Milli.Az