İlham Əliyevin Özbəkistana səfəri başa çatıb - FOTO

16 Noyabr 2025 19:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.

Milli.Az