Ağcabədidə ağır qəza - sürücü öldü - YENİLƏNİB - FOTO

16 Noyabr 2025 21:39

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2002-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, ona yuxarı ətraflarda yüngül sıyrıqlar diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

------------

Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.

Milli.Az xəbər verir ki, Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.

İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az