Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
Milli.Az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.
Faktla bağlı araşdırma aparılır./ APA