Bu gün Ağdərə rayonunda minaya düşən Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyevin vəziyyəti məlum olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"16 noyabr saat 13:20-də Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
xxx
İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-sı mina hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
XXX
Bərdə sakini Ağdərədə minaya düşüb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu minaya düşərək xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az