"Kızılcık şerbeti"ndəki bu səhnə Türkiyədə tənqid edildi

16 Noyabr 2025 20:06

"Kızılcık şerbeti" serialında "Doğa" obrazını canlandıran aktrisa Sıla Türkoğlunun "ölüm" səhnəsi tənqid edilib. 

Milli.Az xəbər verir ki, izləyicilər həmin səhnələrin çox qeyri-peşəkar formada çəkildiyini yazıb. Belə ki, Doğanın illərdir həyat verdiyi bu obrazın adi bir görüntülərlə yox edilməsi izləyiciləri xəyal qırıqlığına uğradıb. 

Həmin səhnənin həm tez, həm də keyfiyyətsiz çəkilməsi diqqətdən qaçmayıb. 

Qeyd edək ki, Sıla serialın baş rol ifaçısı idi. Daha əvvəl Batuhan Bozkurt Yüzgüleç və Ece İrtemin də serialdan ayrıldığı açıqlanıb. (axşam.az)

Milli.Az