Juninyo aylar sonra QOL vurdu - VİDEO

16 Noyabr 2025 10:38

"Qarabağ"ın sabiq hücumçusu Juninyo uzun fasilədən sonra fərqlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Braziliyanın "Flamenqo" klubunda çıxış edən forvard "Sport Resife"yə qarşı oyunda qol vurub.

Belə ki, 27 yaşlı Juninyo 56-cı dəqiqədə meydana daxil olub və cəmi 5 dəqiqə sonra komandasını hesabda önə keçirən qola imza atıb.

Bu, onun 7 aylıq fasilədən sonra ilk qoludur.

Milli.Az