Əhməd Şaranın adı bu siyahıdan çıxarıldı

16 Noyabr 2025 10:52

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Prezidenti Əhməd əş-Şaranın adını terrorçular siyahısından çıxarıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidan Əhməd əş-Şaranın BMT-nin terrorçular siyahısından çıxarılmasını vacib addım kimi qiymətləndirib və bunun üçün BMT-yə təşəkkürlərini çatdırıb.

"Bu, Suriyanın iqtisadi rifahı və regional sabitliyi üçün böyük əhəmiyyət kəsb edirdi", - deyə nazir əlavə edib.

Milli.Az